Separatçıların helikopter hiyləsi: Qarabağda şok planın qarşısı alındı

0
164

Qarabağda erməni xəstənin Gorusa aparılması üçün Laçın-Xankəndi yolundan keçid açılıb.

Xankəndi yolunda keçirilən aksiya iştirakçıları humanitar məsələlərin həlli üçün daim keçid yaradır. İstər xəstənin aparılması, istər sülhməramlıların ailələrinin keçidi və digər məsələrin həllində heç bir maneə yoxdur.

Ermənistan və Qarabağdakı separatçı-terrorçu rejim isə Xankəndindəki xəstənin Gorusa quru yolla aparılmasından narazıdır. Onlar çox istəyərdilər ki, yoldan keçid verilməsin və bundan “humanitar fəlakət” nağılları üçün istifadə etsinlər. Lakin iddia etdiklərinin tam əksinə münasibətin sərgilənməsi bu planlarını alt-üst edib. Digər tərəfdən, xəstənin helikopterlə daşınmasını istəyiblər. Bununla bağlı sülhməramlılara müraciət edilsə də, mənfi cavab verilib və Laçın yolundan keçid üçün şərait yaradılıb. Ermənilərin bundan narazı qalması səbəbsiz deyil.

Xankəndi yolunda aksiya başladıqdan bir neçə gün sonra separatçıların təzə “başı” Ruben Vardanyan bildirdi ki, onlara hava limanı lazımdır və helikopterdən istifadəyə imkan verilməlidir. Əslində bu, Azərbaycanın hava məkanından separatçı uçuşların həyata keçirilməsi və terrorçu rejimin “nəfəsliyinin” yaranmasına hesablanmış plandır. Erməni xəstənin helikopterlə daşınması bunun başlanğıcı ola bilərdi. Göründüyü kimi, buna icazə verilməyib və sülhməramlıların mənfi cavab verməsinin səbəbi də Azərbaycanın bununla bağlı mövqeyidir.

Bu bir daha sübut edir ki, Qarabağdakı separatçılar və Ermənistan hökumətinin dərdi erməni əhalisinin problemləri yox, mülki əhalidən öz siyasi məqsədlərinə naminə istifadə etməkdir