Separatçılar İrəvanda yenidən peyda oldu və “Qarabağ günü” keçirdi – Nə baş verir?

0
174

Qarabağdan Ermənistana qaçan keçmiş separatçıların sonuncu “rəhbəri” olmuş Samvel Şahramanyan bu gün İrəvanda yenidən üzə çıxıb.

S
eparatçılar 20 fevral tarixini – Qarabağda erməni separatizminin başlanğıcı gününü “yad edib”.

Separatçılar Şahramanyanın başçılığı altında “Yerablur”u (erməni hərbçilərin məzarlığı) ziyarət edib. Lakin Şahramanyan jurnalistlərin suallarını cavablamaqdan imtina edərək, ərazini maşınla tərk edib.

Daha sonra separatçılar qapalı tədbir keçirib. Tədbirdə iştirak edən separatçılardan Alyoşa Qabrielyan bildirib ki, Şahramanyan “Qarabağa qayıdışın təmin edilməsinin zəruriliyindən” bəhs edib.

Şahramanyan Ermənistan hakimiyyəti ilə əməkdaşlıq yollarının tapılmasından da danışıb. O, nə vaxtsa Qarabağa qayıtmağa ümid etdiyini bildirib.