Separatçılar İrəvanda gizli görüş keçirdilər: Paşinyan müdaxilə etdi, Babayanın qruplaşması…

0
120

Qarabağdan qaçan separatçıların tör-töküntüləri varlıqlarını qorumaq üçün müxtəlif variantlara əl atırlar.

Qondarma rejimin qondarma “parlament”inin “deputat”ları daha əvvəl İrəvanda gizli görüş keçirmişdilər.

Onlar bu görüşdə təşkilatlanmaqla bağlı qərar qəbul etmişdilər.

Ermənistan mətbuatı yazır ki, separatçılar ikinci dəfə də toplaşıblar. Bu dəfə də görüş gizli keçirilib. Görüşün təşkilatçısı Samvel Babayan olub.

Amma separatçılar təşkilatlanma ilə bağlı planlarını həyata keçirə bilməyiblər. Əksinə Samvel Bbayanın dəstəsi parçalanıb. Bildirilir ki, Qohar Sarkisyan dəstəsi ilə Babayanın qruplaşmasını tərk edib.

Erməni mətbuatı bunu hakimiyyətin müdaxiləsi və təzyiqləri ilə əlaqələndirir. Bildirilir ki, hakimiyyət separatçılara qəti şəkildə xəbərdar edib ki, bu addımları Ermənistan dövlətinin varlığını təhlükəyə atır və buna göz yummayacaqlar.