Separatçı rejimin necə təslim olduğu ortaya çıxdı – Bakıdan nə istəyiblər?

0
225

Ermənistan mediası suverenliyimizin tam bərpası ilə nəticələnən antiterror tədbirləri zamanı aparılan danışıqların bəzi təfərrüatları haqda yazıb.

“Joxovurd” qəzeti mənbələrindən Bakının nə tələb etdiyini, separatçıların hansı vəziyyətlə üzləşdiyini öyrənib.

Qəzet iddia edir ki, Samvel Şahramanyan Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin yüksək rütbəli rəsmisi ilə təmas qurub və antiterror tədbirlərinin dayandırılmasını xahiş edib, danışıqlara getmək istədiklərini deyib.

“Şahramanyan danışıqlara Samvel Babayanı göndərmək istəyib. Lakin azərbaycanlılar razılaşmayıb, Babayanın yalançı və dezinformator olduğunu deyiblər, hətta bildiriblər ki, onu Ermənistana göndərin. Şahramanyan daha sonra Vitali Balasanyanın namizədliyini irəli sürüb. Azərbaycanlılar bununla da razılaşmayıb və hər iki şəxsi rədd ediblər.

Onlar Şahramanyanın qarşısına yalnız bir şərt qoyublat: “artsax”ın ləğv edilməsi haqda bəyanat imzalayacağı təqdirdə antiterror tədbirləri dayandırılacaq. Nəhayət, Şahramanyan bununla razılaşmağa məcbur olub”, – qəzet yazır.