Sensasiya: Yerin stratosferində yadplanetli həyat izləri aşkar edilib

0
24

Şeffild Universitetindən olan alimlərin sensasiyalı kəşfi elm dünyasını heyrətləndirib. Belə ki, atmosfer hissəciklərini toplamaq üçün buraxılmış stratostatın üzərində qeyri-adi bir obyekt – diatom yosun qabığının bir fraqmenti aşkar edilib. Bu fakt tədqiqatçıların xüsusi marağına səbəb olub, çünki diatom yosunlar Yer üzərində təxminən 185 milyon il əvvəl meydana gəlsə də, onların kosmik mənşəyi haqqında bir nəzəriyyə mövcuddur.

Diatom yosunların planetimizə kosmosdan gətirilə biləcəyi nəzəriyyəsi bu tapıntı sayəsində yeni təsdiqini tapıb. Stratosferdə aşkar edilən qabıq fraqmenti bu orqanizmlərin kosmik fəzanın ekstremal şəraitində yaşamaq və Yer mühitinə uğurla uyğunlaşmaq qabiliyyətini göstərir.

Tədqiqatın ən heyrətamiz nəticəsi Yerə bənzər bir planetin mövcud ola biləcəyi ehtimalı olub. Bu ehtimalın əsasını aşkar edilmiş kosmik orqanizmin Yer şəraitinə uğurla uyğunlaşması təşkil edir. Bu, həmin yosunların DNT-sinin həyatın inkişafı üçün oxşar şəraitin mövcud olduğu başqa bir planetdəki analoji həyat formalarına identik ola biləcəyini ehtimal etməyə imkan verir.

Kəşf, həyatın Kainatda meteorlar və kosmik toz vasitəsilə yayılması nəzəriyyəsinin mümkünlüyü, həmçinin kosmik fəzada Yerin potensial əkizinin mövcudluğu haqqında maraqlı suallar yaradıb.