Seçkilərlə bağlı “qaynar xətt”ə 35-ə yaxın müraciət daxil olub

0
17

İlkin təəssürat budur ki, səsvermə seçkilərlə bağlı qanunvericiliyə uyğun keçirilib.

Bunu Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.

“Prosesin gedişi məqbul dəyərlədirilə bilər. İdeallıqdan danışmaq o qədər də səmimi olmaz. Səsvermə kifayət qədər şəffaf və ədalətli keçdi”, – o bildirib.

Rövzət Qasımov əlavə edib ki, hələlik heç bir rəsmi və qeyri-rəsmi şikayət daxil olmayıb:

“”Qaynar xətt”ə indiyədək 35-ə yaxın müraciət daxil olub. Əsasən sorğu tipli müraciətlərdir. Məlumatları dəqiqləşdirib müraciət edənlərə məlumat vermişik”.