Havaların kəskin soyuması ilə bağlı Gəncə şəhərində gücləndirilmiş iş rejiminin tətbiqinə keçilib.
Artıq 48 saata yaxındır ölkənin ikinci böyük şəhərində şaxtalı havaların yarada biləcəyi problemlərin aradan qaldırılması üçün aidiyyəti qurumların qüvvələri səfərbər edilib.
Şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhərin əsas yolları və prospektləri, daxili yollar və körpülər nəzaratə götürülüb.
Gündəlik olaraq növbətçilik cədvəli təşkil olunub, şaxtanın yarada biləcəyi çətinliklərin həlli istiqamətində işlər gedir. Prosesə xüsusi texnikalar da cəlb edilməkdədir.
Qurumun Avtomobil Parkında saxlanılan texnikalar tam saz vəziyyətə gətirilib. Ümumiyyətlə, ölkənin ikinci böyük şəhərinə ayrılan texnikaların əksəriyyəti yeni maşın-mexanizmlərdir.
Məlumat üçün bildirək ki, ölkə ərazisində hökm sürən şaxtalı hava şəraiti Gəncə şəhərində də davam etməkdədir.
Dünən intensiv, bu gün isə fasilələrlə Gəncə şəhərinə qar yağıb.
Daha ətraflı süjetdə: