
Ermənistan prezidenti Armen Sarqsyan Onik Qasparyanın baş qərargah rəisi vəzifəsindən azad edilməsinə dair sərəncam layihəsini geri qaytarıb.
Layihənin ölkə konstitusiyasına zidd olduğu açıqlanıb. Bu addım hökumət rəsmiləri, parlament və qeyri-parlament qüvvələri, silahlı qüvvələrin ali komandir heyəti ilə, aparıcı hüquqşünas və müstəqil ekspertlərlə müzakirə edildikdən sonra atılıb.
O da bildirilib ki, silahlı qüvvələr siyasi məsələlərdə netrallığını qorumalıdırlar.