Saray qəsəbəsində avtobus problemi yaşanır VİDEO

0
304

Saray qəsəbə sakinləri marşrut sarıdan əziyyət çəkirlər. Qəsəbə ərazisində 2 marşrut xəttindən birinin  fəaliyyətini dayandırması sakinləri çıxılmaz vəziyyətdə qoyub. Avtobusda yer tapa bilməyənlər taksi ilə getməyə məcbur olurlar. Əməkdaşlarımız məsələnin təfərrüatlarını araşdırıb.

Avtobusların sayı az olduğundan sərnişinlər taksidən istifadə  edir.

Abşeron rayon Saray qəsəbəsinin sakinləri deyir ki, əvvəllər Sumqayıtdan Bakıya 501 və 503 nömrəli marşrutlar işləyirdi. Sonradan onların biri 501 nömrəli marşrut xətti fəaliyyətini dayandırdı..

Sakinlərin sözlərinə görə xəttə olan digər marşrut avtobuslarının sayının az olması və intervalın çox olması, Bakıya getmək istəyən sərnişinlərə çətinlik yaradır. Avtobusa minə bilməyənlər məcbur olub taksilərə üz tuturlar.

Məsələyə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən münasibət bildirilib.

503 nömrəli marşrutun dispeçeri isə bildirib ki, qanunsuz sərnişin daşıma olduğundan onlara məxsus avtobuslardan istifadə edənlərin sayı azalıb. Əgər qanunsuz sərnişindaşımanın qarşısı alınarsa o zaman interval 30 dəqiqədən 10 dəqiqəyə qədər salına bilər.

501 nömrəli marşrutun sahibi Dönməz Məmmədov isə bildirib ki, balanslarında 40 avtobus olsa da bu ilin əvvəlindən fəaliyyətlərini dayandırıblar. Çünki bəzi sahibkarların qanunsuz fəaliyyəti sərnişinlərin sayının azalmasına gətirib çıxarıb. Bütün bunlara baxmayaraq yenidən fəaliyyətə başlamaq üçün aidiyyatı qurumlara müraciət ünvanlayıblar.