Sankt-Peterburqda idman kompleksinin damı çökdü – VİDEO

0
377

Rusiyanın Sankt-Peterburq şəhərində idman-konsert kompleksinin sökülməsini həyata keçirən zaman binanın damı çöküb.

Hadisə baş verən vaxt kompleksin ərazisində ustalar çalışıb. Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım briqadaları cəlb edilib.

Xəsarət alanlar barədə hələlik məlumat verilmir.