Samuxda avtomobildən 3 kiloqramdan çox marixuana aşkarlanıb

0
261

Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Gəncə şəhər sakini, N.Musayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış zamanı oradan 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Qeyd edək ki, N.Musayev əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.