“Eurovision 2021” müsabiqəsi üçün azərbaycanlı təşkilatçılar altı mahnı seçib.
Bəstələr Azərbaycanı bu il sözügedən müsabiqədə təmsil edəcək Samirə Əfəndinin ifasında “Focus Group”a təqdim edilib. Onlardan yalnız biri “Eurovision 2021”in mahnısı seçiləcək.
Bunlar ingilis dilində “Mata Hari”, “Ratata”, “When I’m gone”, “Manifesto”, “Breathing You” və “Owe You Pretty”dir. Mahnılar arasında “When I’m gone” və “Breathing you” ballada stilindədir. Digər dördü isə yüksək templidir. Mahnı adları seçimdən sonra komanda tərəfindən dəyişdirilə bilər.
Qeyd edək ki, məlumatı “İnfe Azerbaijan” ictimaiyyətə təqdim edib.