
Azərbaycan əsilli tanınmış musiqiçi Sami Yusuf “Qarabağımsan” adlı musiqi kompozisiyası hazırlayıb.
Bu barədə Sami Yusuf “Twitter”də bildirib.
O qeyd edib ki, “Qarabağımsan” musiqi kompozisiyası tezliklə tamamlanacaq və bəstə 2022-ci ilin əvvəlində təqdim olunacaq.
Sami Yusuf “Qarabağımsan” adlı musiqi kompozisiyasını qismən nümayiş etdirən tizeri də paylaşıb.