Samboçularımız Avropa çempionatını dörd medalla başa vurublar

0
239

Azərbaycan samboçuları Serbiyanın Novi Sad şəhərində keçiriləm kişilər arasında idman və döyüş sambosu üzrə Avropa çempionatını dörd medalla başa vurublar.

çempionatda idman sambosu yarışlarında Ceyhun Hüseynov (88 kiloqram) gümüş, Mirfəttah Seyidəliyev (64 kiloqram) və Emil Həsənov (71 kiloqram) bürünc medal qazanıblar.

Döyüş sambosu yarışlarında isə Ramil Vəliyev (79 kiloqram) gümüş medala sahib olub.