
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakıda bir neçə yerdə yerüstü və yeraltı piyada keçidinin inşası aparılır. Hazırda isə paytaxtın 5 ərazisində piyada keçidləri inşası edilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu piyada keçidlərindən biri Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçididi. Keçidin tikintisi 75 faiz yerinə yetirilib.