Salyanda şəhid dəfn olunub – FOTO

0
421

Salyan rayonunda Vətən müharibəsinin 20 yaşlı şəhidi dəfn edilib.

Rayonun Şorsulu kənd sakini, 2000-ci il təvəllüdlü şəhid Abbasov Əvəz Mais oğlunun nəşi doğulduğu kənd qəbristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, Salyan Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Ə.Abbasov müddətdən artıq hərbi xidmətdə qulluq edirdi.

Allah rəhmət eləsin!