Saleh Məmmədov üçün seçki olacaq

0
311

Azərbaycan Həndbol Federasiyasının (AHF) Hesabat-Seçki Konfransının vaxtı açıqlanıb.

Sabah təşkil olunacaq tədbir saat 10:00-da başlayacaq.

Qeyd edək ki, Həndbol Federasiyasının hazırkı prezidenti 2016-cı ilin sonlarından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovdur.

Ötən ilin sonlarından etibarən bəzi kişi həndbolçular maaşların azaldılması ilə bağlı onun rəhbərliyindən şikayət edib. Bu səbəbdən də 14 həndbolçu həm millidən, həm də klublardan uzaqlaşdırılıb.