Salah: “95 dəqiqə oynamaq istəyirəm”

0
311

İngiltərənin “Liverpul” klubunun misirli futbolçusu Məhəmməd Salah meydanda mümkün qədər çox vaxt keçirmək istədiyini bildirib.

28 yaşlı oyunçu bu barədə Goal.com-a açıqlamasında deyib.

“Meydanda 90 dəqiqə yox, 95 dəqiqə olmaq istəyirəm. Ağır qrafik məni narahat etmir. Lakin mən məşqçilər korpusunun tərkibinə və onların əvəzedicilərlə bağlı qərarlarına hörmətlə yanaşıram”, – deyə hücumçu bildirib.

Qeyd edək ki, M.Salah İngiltərə Premyer Liqasının cari mövsümündə 16 oyunda meydana çıxıb və 13 dəfə rəqib qapısına yol tapmağı bacarıb.