Sakinlərin çoxu 38 ildən çox yaşamır… – Bura dünyanın ən zəhərli şəhəridir +FOTOLAR

0
621
Sakinlərin çoxu 38 ildən çox yaşamır... - Bura dünyanın ən zəhərli şəhəridir +FOTOLARBizim planetimizdə insan orqanizminə zərər vura biləcək çox sayda yer var. Məsələn, Sakit okeanada Marşall adaları adlandırılan ərazi var ki, orada amerikalı hərbçilər nüvə silahını sınaqdan keçirib. Bu ərazi hətta bu gün də planetimizdə, insanın yüksək radiasiya şüalanması ala biləcək, ən təhlükəli yerlərdən biri hesab edilir. İnsan səhhəti üçün təhlükəli olan daha bir yer isə Rusiyada yerləşir. Bura Çelyabinsk vilayətinin Karabaş şəhəridir. Bu ərazinin havasına hopan arsen, kükürd və qurğuşun günbəgün yerli sakinləri zəhərləyir.

Burada qızıl və mis filizi mənbələri tapıldıqdan sonra 1822-ci ildə şəhər salmaq qərarına gəlinib. Onun ərazisində fərqli vaxtlarda mis əridən iki zavod işləyib. Onlar bağlanıb, amma 1910-cu ildə inşa edilən üçüncü zavod əsası qoyulandan beş il sonra Rusiya misinin 3/1 hissəsini istehsal edirdi. O, bu gün də işləyir, amma yüz illik fəaliyyəti dövründə, demək olar, ətraf mühitin təmizliyinin qayğısına qalmayıb və təbiətə 14 milyon tondan çox zərərli maddə buraxıb.

Rusiyanın ən təhlükəli şəhəri

Bu yaxınlarda Karabaşa şəhər planlaşdırma üzrə mütəxəssis, “Murbanistika” Tvitter səhifəsinin müəllifi səfər etmişdi. O, izləyiciləri ilə ən son zəhərli tullantılan fotoları ilə bölüşmüşdü. Onun sözlərinə görə, yerli misəritmə zavodu il ərzində havaya 120 ton kükürd oksidi buraxır. Hazırda şəhərdə 11000 insan yaşayır, yəni onların hər birinə il ərzində 10 ton zərərli maddə təsir edir. Kükürd oksidinin yüksək konsentrasiyasını udduqda insanda nəfəs çatışmazlığı, nitq geriləməsi, qaytarma halları müşahidə olunur.

Mütəxəssis bildirib ki, Karabaş sakinlərinin orta ömür uzunluğu cəmi 38 yaş təşkil edir. Bir qayda olaraq, burada insanlar nəfəs orqanları və dəri xəstəliklərindən əziyyət çəkir. Zərərli maddələrin böyük həcminə görə bir çox insanlarda onkoloji xəstəliklər inkişaf edir. Şübhəsiz ki, çirkli hava onların yaddaşına da təsir göstərir.

Təbiətin çirkləndirilməsi

Zərərli maddələrin yüksək konsentrasiyası səbəbindən şəhərdə tez-tez turşulu yağışlar yağır. Onlar, demək olar, bütün bitkiləri məhv edir. Ona görə də şəhər cansız dağlarla əhatə olunub, torpağında isə, demək olar, heç nə bitmir. İntensiv yağıntılar zamanı çay dərələri ağır metallarla zəngin olan narıncı su ilə dolur.

Çayların qurumuş dərələrini nəzərə alsaq, 2019-cu ilin yayında şəhərdə yağıntılar çox olmayıb. Fotolarda, elə bil, Mars peysajları öz əksini tapıb – eyni sarı və quruluqdan çatlamış qrunt. Buna baxmayaraq, zavoddan kənarda yerləşən rayonlarda sakinlər bitkilər əkməyə müvəffəq olur, lakin şəhərdə tez-tez kükürd qazına görə tuman yaranır. 2010-cu bitkilərin yarpaqlarını sarı rəngə boyayan və məhsulu məhv edən zəhərli hava “payızın vaxtından əvvəl gəlməsinə” səbəb olmuşdu.

Karabaşda zəhərli suyun yüz illərlə yığılıb qaldığı yer də var. Bura misin ərimə prosesi nəticəsində yaranan zəhərli tullantılardan ibarət özünəməxsus göldür. Kimyəvi maddələrə görə o, qırmızıya çalan göy rəngə boyanıb. Müəllifin sözlərinə görə, su anbarının ətrafını dəhşətli üfunət iyi bürüyüb.

Yerli sakinlər necə xilas olunurlar?

On illər ərzində bəzi şəhər sakinləri zavodun yaxınlığında həyat sürürdü. Sonra, səhhət üçün təhlükənin yüksəlməsi səbəbindən zavoddan 1 kilometr aralıda sanitar zona yaradıldı. 137 evin sakinləri zavoddan uzaqda yerləşən yaşayış binalarına köçürüldü. Boşaldılmış evlər zaman ötdükcə qarət olundu, dağıdıldı. Lakin zavoddan 80 metr aralıda “Poçta Rossii”nin fəaliyyət göstərən şöbəsi qaldı.

Xilas yolu axtaran şəhər sakinləri dağların birində 12 metrlik ibadət xaçı yerləşdirib üzərində Allaha müraciət yazmışdılar. Bu hündürlüyə çıxmaq yetərincə çətindir – avtomobillə belə mümkün deyil. Dağa qalxmağın yeganə yolu – piyadadır. Pis hava səbəbindən isə insanlar bundan tez yorulur.

Bəzi nəşrlər Karabaşı dünyanın ən çirkli şəhəri adlandırır. Bu məqamda onlar yunesko-ya istinad edir, lakin yerli hakimiyyət orqanlarının sözlərinə görə, bunu təsdiq edən sənəd mövcud deyil.

Sakinlərin çoxu 38 ildən çox yaşamır... - Bura dünyanın ən zəhərli şəhəridir +FOTOLAR
Sakinlərin çoxu 38 ildən çox yaşamır... - Bura dünyanın ən zəhərli şəhəridir +FOTOLAR