Doğum günü qətlə yetirilmiş şair Azadə-Taleh Abbasqızı ilə Sumqayıtda görüş…

0
1286

Bu gün Sumqayıt şəhər Əli Kərim adına Poeziya Evində həkim-şair, publisist,Prezident Təqaüdçüsü ,” Qafqaz Media” İctimai Birliyinin sədri, eyniadlı qəzetin və saytın rəhbəri, AzTac.az-direktoru,Xalq TV-nin icraçı direktoru Hacı Azadə Taleh Abbasqızının anadan olmasının 55 illiyi qeyd edildi. Yubilyar Prezident təqaüdçüsü, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin idarə heyətinin üzvü (1996), Avropa Kardioloqlar və Azərbaycan Kardioloqlar Cəmiyyətinin üzvü, 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2017-ci ildən Avrasiya Sanat Kültür və Bilim Federasiyasionunun Azərbaycan təmsilçisi, 2014-cü ildən Rusiya, Dağıstan, Dərbənddə fəaliyyət göstərən ”Gülüstan” Ədəbiyyatçılar İttifaqının üzvü, Gürcüstan-Azərbaycan Ziyalılar Birliyinin fəxri üzvü, Gürcüstan Azərbaycanlıları Jurnalistlər Burliyinin üzvüdür. Dünyanın 32 ölkəsində olub. 20-yə yaxın xarici dövlətdə müxtəlif diplomlara layiq görülüb. Dünyanın 16-dan çox Ədəbiyyat antalogiyasında şeirləri çap olunub. Əsərləri rus, ingilis, gürcü, alman, özbək, fars, ərəb dillərinə tərcümə olunub. Tədbiri Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı açaraq şairi rəhbərlik etdiyi qurum adından təbrik etdi və öncə sözü şəhərin tanınmış ziyalısı, şairə Ofeliya Babayevaya verdi. Sonra AJB-nin Sumqayıt təşkilatının sədri, şair Rafiq Oday, Azərbaycan Aşıqlar Birliyi Sumqayıt bölgəsinin sədri, şairə Qənirə Mehdixanlı, Xalq Tv- nin təsisçisi və direktoru Hidayət Möhnətov, şairlərdən Xatirə Fərəcli, şair Süleyman Hüseynov, Məmmədyar Məmmədyarlı,tanınmış jurnalist Namiq Dəlidağlı, Elbrus Qayalı, Lilpar Cəmşidqızı, Kəramət Əmirli,DTV-nin”Mənim Dünyam”verilişinin aparıcısı Səid Nurtəbrizi,İDADT-nın aktrisası “Tərəqqi”medallı Səmayə İsmayılova,şairə Səriyyə Dumanlı,xanəndə-şairə Ziba Hüseynova,ADHTİ-nin baş müəllimi Natiqə İsmayılova ,”Vedibasar”qəzetinin redaktoru,şairə,Nəsibə İsrafilqızı,jurnalistlərdən Zümrüd Baloğlanova, Aygün Hacıyeva, İlhamə Məhəmmədqızı, Sevinc Qərib,Elmira Əhmədova ,Mənsurə Həşimova,Kamilə İbrahimova,Jalə Əkbərova,,operatorlar Seymur,Vüqar və Pərviz yubilyarın yaradıcılığından, ictimaiyyətçi və xeyriyyəçi kimi geniş fəaliyyətindən danışdılar və yubilyara ən xoş arzularını bildirdilər. Tədbirdə eyni zamanda, şairənin vətənpərvərlik mövzusunda yazdığı “Xocalı şəhidim Şöhrət Həsənov” və Apreı şəhidi Təbriz Musazadəyə həsr olunmuş “Vətənimin qürur yeri, Vətınimin şəhid oğlu” iki kitabının da təqdimatı oldu.Sumqayıt Dövlət Dram Teatrının “Tərəqqi”medallı aktyoru Habil Xanlarov çıxışında vurğuladı ki,Azadə xanım Müqəddəs Həcc ziyarətinfə olub.Kəbə Evində bizlərə dua edib.Allah ziyarətini qəbul etsin
Yubilyar həmçinin Sumqayıt ədəbi mühitinin tanınmış nümayəndələrinə təmsil etdiyi “Qafqaz Media” İctimai Birliyinin və Xalq Tv-nin diplomlarını təqdim etdi bütün tədbir təşkilatçılarına və iştirakçılara dərin minnətdarlığını bildirdi.Səid Nurtəbrizi Azadə-Talehi “Şərəf”medalı ilə təltif etdi.
Müğənnilərdən xanəndə Ziba Hüseynova,Sübhan Əkbərzadə,Mansur Rəhimov,, Vüsalə Məmmədovanın ifası tədbiri daha da rövnəqləndirdi.
Sonda xatirə şəkli çəkdirildi.

Şairə Hacı Azadə-Taleh Abbasqızı ilə Sumqayıt şəhəri Poeziya Evində  görüş keçirildi
Şairə Hacı Azadə-Taleh Abbasqızı ilə Sumqayıt şəhəri Poeziya Evində  görüş keçirildi
Şairə Hacı Azadə-Taleh Abbasqızı ilə Sumqayıt şəhəri Poeziya Evində  görüş keçirildi
Şairə Hacı Azadə-Taleh Abbasqızı ilə Sumqayıt şəhəri Poeziya Evində  görüş keçirildi
Şairə Hacı Azadə-Taleh Abbasqızı ilə Sumqayıt şəhəri Poeziya Evində  görüş keçirildi
Şairə Hacı Azadə-Taleh Abbasqızı ilə Sumqayıt şəhəri Poeziya Evində  görüş keçirildi
Şairə Hacı Azadə-Taleh Abbasqızı ilə Sumqayıt şəhəri Poeziya Evində  görüş keçirildi