Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Markl özünün “With Love, Meghan” adlı yemək şousunda görünüşünə görə tənqid edilib.
Bu barədə “Vogue” məlumat yayıb.
Bildirilib ki, Meqan Markl şouda “Hermes”, “Zimmerman”, “Logan Hollowell”, “Sezane”, “Cartier”, “Ariel Gordon”, “Mother” və “Le Chameau” kimi brendlərin geyimlərini geyinir.
Qarderobun qiyməti təxminən 170 min dollardır (təxminən 288490 AZN). Şahzadənin görünüşü yüksək qiymətə görə sosial mediada tənqid olunub.
Xatırladaq ki, keçən həftə Meqan Markl plagiat qalmaqalı ilə gündəmə gəlib. Onun brendi “As Ever”, Mayorkadakı Porerras bələdiyyəsinin gerbinin surətini çıxarmaqda ittiham olunur. Pərəstişkarlarının fikrincə, yeganə fərq quşlardadır: O, Şahzadə Harrinin sevdiyi kolibri quşlarını təsvir edir. Kəndin başçısı Fransiska Mora vəziyyətin düzəldilməsini tələb etdiyini bildirib.


