Şahramanyanın səfirlərlə gizli görüşü: Qarabağ üzərində yeni plan qurulur

0
387

Qarabağda darmadağın olduqdan sonra Ermənstana qaçan separatçılar Qərb və Rusiyadan dəstək əldə etməyə çalışır.

S
eparatçıların sonuncu “başçısı” olmuş Samvel Şahramanyanın Qərb ölkələrinin və Rusiyanın Ermənistandakı səfirlikləri ilə gizli görüşlər keçirdiyinə dair məlumatlar yayılıb.

“Hparak” nəşri yazır ki, əsas məqsəd erməni əhalisinin yenidən Qarabağa köçməsini təmin etməkdir. Lakin separatçılar ermənilərin Azərbaycan qanunvericiliyinə uyğun olaraq geri qayıtmasını istəmir.

“Şahramanyanın hazırda bir məqsədi var. Bu da əhalinin Qarabağa yenidən köçməsini təmin etmək. Bu məqsədlə o, müxtəlif Qərb ölkələrinin səfirləri, eləcə də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşlər keçirir. Ümid edir ki, geosiyasi mərkəzlər vasitəsilə Qarabağa “status” veriləcək və əhali yenidən qayıdacaq”, – nəşr yazır.