Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında 3-cü turun oyunları oynanılacaq.
Kişilərdən ibarət Azərbaycan yığması Çexiya ilə üz-üzə gələcək. Qadınlardan ibarət komandamız isə Rumıniya ilə qarşılaşacaq.
Qeyd edək ki, kişilərdən ibarət komandamız bundan öncə keçirdiyi hər iki görüşdə qalib gəlib. Qadınlar komandamız isə 1 matçda qələbəyə sevinibsə, digərində uduzub.