Şahmat Olimpiadası: Qadınlardan ibarət millimiz qalib gəldi, kişilərdən heç-heçə – FOTO

0
243

Kişilərdən və qadınlardan ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.

kişilərdən ibarət millimiz III turda Türkiyə seçməsi ilə sülhə razılaşıb – 2:2.

Şəhriyar Məmmədyarov və Rauf Məmmədov rəqibləri ilə heç-heçə ediblər. Millinin heyətində yeganə qələbəni Vasif Durarbəyli qazanıb. Qədir Hüseynov isə görüşdən məğlub ayrılıb.

Komanda ilk turda Əlcəzairi 4:0, II turda Filippini 3:1, III turda isə Argentinanı 2,5:0,5 hesabı ilə üstələyib.

Türkiyə – Azərbaycan – 2:2

Mustafa Yılmaz – Şəhriyar Məmmədyarov – 0,5:0,5

Əmrə Can – Rauf Məmmədov – 0,5:0,5

Vahap Sanal – Qədir Hüseynov – 1:0

Cəmil Can Ali Marandi – Vasif Durarbəyli – 0:1

Qadınlardan ibarət yığma isə III turda İsrail seçməsi ilə üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə məğlub edən milli komanda ardıcıl 4-cü qələbəsini qazanıb.

Günay Məmmədzadə və Gövhər Beydullayeva rəqibləri ilə heç-heçə ediblər. Xanım Balacayeva və Ülviyyə Fətəliyeva isə görüşlərini qalibiyyətlə başa vurublar.

Komanda ilk turda Birləşmiş Ərəb Əmirliklərini, ikinci turda Finlandiyanı 4:0, III turda isə Yunanıstanı 2,5:1,5 hesabı ilə üstələyib.

İsrail – Azərbaycan – 1:3

Marsel Yefroimski – Günay Məmmədzadə – 0,5:0,5

Dina Belenkaya – Xanım Balacayeva – 0:1

Maşa Klinova – Gövhər Beydullayeva – 0,5:0,5

Mixal Lahav – Ülviyyə Fətəliyeva – 0:1

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.