Şahin Diniyevin oğlu klubsuz qaldı

0
389

“Sabah” Futbol Klubu iki futbolçusu ilə yollarını ayırıb.

Klubla müqavilə müddəti bitən yarımmüdafiəçi Vadim Abdullayev və müdafiəçi Kərim Diniyevlə yeni anlaşmaya ehtiyac duyulmayıb.

AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyevin böyük oğlu olan Kərim 2018-ci ildən bu klubda çıxış edirdi. Onun kiçik oğlu Coşqun isə karyerasını “Sabah”da davam etdirir.