Sahil Babayev: Hazırda əhalinin 70 faizi iş qabiliyyətlidir

0
208

Hazırda əhalimiz çox cavandır. Təxminən 7 faizi ahıldır, 70 faizi iş qabiliyyətlidir.
bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən “Azərbaycan: Dəyişən qlobal iqtisadiyyatda inkişaf perspektivləri” adlı forumda deyib.
O bildirib ki, tədqiqatlar 2050-ci ildə iş qabiliyyətli əhalinin payının dəyişməz qalacağını, amma ahıl əhalinin sayının artacağını göstərir. Buna görə də, sosial dəstək tədbirləri artmalıdır və sosial sığorta sistemimizi gücləndirməliyik. Əmək bazarı daha da strukturlaşdırılmalı, sosial sığorta ödənişlərinin yetərliliyi təmin edilməlidir ki, sosial ödənişləri tam dəstəkləsin.