Sahibkarlardan “Azərişıq” ASC-yə daxil olan müraciətlərin sayı AÇIQLANDI

0
360

“Azərişıq” ASC-də aparılan islahatlar və tətbiq edilən yeniliklər nəticəsində qeydə alınan müraciətlərlə bağlı dövlət işçiləri ilə sahibkarlar arasında əlaqə minimum səviyyədə azaldılıb. 

Bu barədə Parisin OPSI şirkətinin rəsmi internet səhifəsində “Azərişıq” ASC ilə bağlı dərc edilən məqalədə qeyd olunub. Məqalədə elektron xidmətlər nəticəsində sahibkarın bir pəncərə sistemi vasitəsilə elektrik bağlantısı üçün onlayn müraciətlərindən bəhs edilib.

Belə ki, 2017-ci ilə qədər sahibkarlarların elektrik enerjisi ilə bağlı müraciətlərinin sayı 300-ə qədər olub. Yenilikdən sonra bu rəqəm ilbəil artıb. Bu gün “Azərişıq” ASC sahibkarlardan müəssisələrinin şəbəkəyə qoşulması üçün 4000-ə qədər müraciət qəbul edir.

Son illərdə respublikamızda enerji sektorunun müasirləşdirilməsi və inkişafı istiqamətində görülən işlər öz miqyası və əhəmiyyəti ilə seçilir. İstehlakçıların etibarlı, təhlükəsiz və keyfiyyətli  elektrik enerjisi ilə təchiz olunması üçün “Azərişıq” tərəfindən elektrik şəbəkələrinin əsaslı surətdə yenidən qurulması istiqamətində irimiqyaslı tədbirlər həyata keçirilir.

Bunlardan biri də “Azərişıq” ASC-də sahibkarların mövcud və ya tikilməkdə olan binalarına 150 kilovata qədər elektrik enerjisi verilməsi üçün yenilikçi və inkişaf etmiş elektron-xidmətin yaradılmasıdır.

İslahatların əsas məqsədi 100 faiz elektron xidmət göstərmək, vətəndaşların xərclərinin və vaxt itkisinin qarşısını almaq, korrupsiyaya qarşı aparılan mübarizəni gücləndirmək və nəhayət peşəkarlıq səviyyəsini artırmaqla yüksək standartlara cavab verməkdir.