“Bu gün hörmətli qardaşım, Prezident İlham Əliyevlə gözəl və sakit Laçın şəhərində görüşməkdən şərəf duydum. Son Pakistan-Hindistan münaqişəsində Azərbaycanın göstərdiyi sarsılmaz dəstəyə görə ona təşəkkür etdim”.
Bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif “X” sosial şəbəkə hesabında yazıb.
“Biz Pakistan-Azərbaycan əlaqələrini bütün sahələrdə dərinləşdirmək, regional sülh və tərəqqi naminə birgə işimizi davam etdirmək üçün ümumi əzmimiz olduğunu bir daha təsdiqlədik. Yaşasın Pakistan-Azərbaycan dostluğu!”, – deyə o vurğulayıb.