Sağlam qocalmaq üçün nə etməliyik?

0
56

Harvard Tibb Məktəbinin alimləri müəyyən ediblər ki, on insandan yalnız bir nəfər sağlam qocalır. Eyni zamanda, qadınların sağlam qocalma şansı kişilərdən 29% daha artıqdır.

Tədqiqatçılar səmərəli və sağlam qocalmağa kömək edən dörd əsas amili müəyyən ediblər: xroniki xəstəliklərin mövcud olmaması, sabit psixiki vəziyyət, zehni aktivliyin qorunub saxlanması və müntəzəm sosial əlaqə.

Məlum olub ki, iştirakçıların yalnız 11.9%-i (demək olar ki, hər on nəfərdən biri) bu meyarlara cavab verib. Alimlər həmçinin hesablayıblar ki, düzgün həyat tərzi keçirənlərin sağlam qocalma ehtimalı 3.5 dəfə çoxdur. Sağlam həyat tərzi dedikdə balanslaşdırılmış qidalanma, müntəzəm fiziki hərəkət, siqaretdən imtina və spirtli içkilərin orta dərəcədə istehlakı nəzərdə tutulub.

Tədqiqat qadınların kişilərlə müqayisədə sağlam qocalma ehtimalının 29% daha çox olduğunu müəyyən edib. Həmçinin, yüksək təhsil və gəlir səviyyəsi 50 yaş və yuxarı yaşda insanların daha sağlam olmaları ilə əlaqələndirilir.