Şadlıq saraylarında bahalaşma: Qiymət artımının səbəbi nədir?

0
41

İki aylıq fasilədən sonra şadlıq saraylarında toyların keçirilməsi üçün növbələr yaranıb. Subaylığın daşını atanları isə indi əsas qiymətlər maraqlandırır.

Restoran menecerləri qiymətlərin artdığını deyirlər.

“Bu il keçən ilə nisbətən məhərrəmlikdən sonra toy etmək istəyənlərin sayı çoxdur. Menyu qiymətlərimiz müxtəlifdir. Qiymət adam sayına görə dəyişir. Adam az olanda qiymətlər də qalxır”, – deyə administrator Rəşad Abdullayev söyləyib.

İqtisadçı Fuad İbrahimov qiymət artımının bazardakı vəziyyətlə əlaqələndirib. O, ərzaq məhsullarının bahalaşmasının restoranlardakı menyu qiymətlərinə təsir etdiyini bildirib.