Şadlıq evi cinayət yerinə döndü: Bəyin boğazı kəsilərək öldürüldü, anası bıçaqlandı

0
437

Türkiyədə dəhşətli hadisə baş verib.

Qaziantepdə iki ay öncə sevdiyi qızı qaçıran gənc toy günündə gəlinin qardaşı və dayısı tərəfindən boğazı kəsilərək öldürülüb.

Bəyin anası da hadisə zamanı bıçaqlanıb. O ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onun həyatını xilas etmək üçün həkimlər tərəfindən aparılan mücadilələr davam etdirilir.

Hadisəni törədənlər olay yerindən qaçıblar. Onlar polis tərəfindən axtarılır.

Gəlin maşınının şüşələrinin üzərində yazılan, “sevmək, sevilmək, yaşamaq və yaşatmaq üçün”, sözləri isə olay yerində olan hər kəsi qəhərləndirib.