ŞAD XƏBƏR: Nazirlik rəsmi açıqlama YAYDI

0
390

Nazirlik müxtəlif sahələrdə maaş artımına aydınlıq gətirib

Hərbçi və hüquq mühafizə orqanlarında işləyənlərin maaş artımı üçün 157 mln. manat sərf olunacaq.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığı əsasında reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində 2022-ci ilin əvvəlindən ölkədə əməkhaqlarında növbəti artımlar edilib. Minimum aylıq əmək haqqının 250 manatdan 300 manata çatdırılması ilə əlaqədar 800 min işçinin, o cümlədən maaşları Vahid Tarif Cədvəli (VTC) üzrə müəyyən olunanların əmək haqqında orta hesabla 20 faiz artım baş verib.

 Minimum əməkhaqqı artımı üçün dövlət büdcəsindən ayrılan əlavə illik vəsait 460 mln. manat təşkil edir. 2022-ci ilin əvvəlindən 165 min müəllimin əmək haqqında da orta hesabla 20 faiz artım olub və onların əməkhaqqı orta hesabla 550 manatdan 660 manata çatdırılıb. Bu artım üçün isə ayrılan əlavə illik vəsait 273 mln. manatdır. İslahatlar hərbi qurumlar və hüquq mühafizə orqanlarında xidmət keçən bir sıra şəxsləri də əhatə edib. İlin əvvəlindən onların aylıq vəzifə maaşlarına 20% əlavə olunur, qeyd edilən orqanların mülki işçilərinin vəzifə maaşları da 20% artırılıb. Həmin artımlara isə il ərzində əlavə olaraq 157 mln. manat sərf olunacaq. Ümumilikdə 2022-ci il üzrə əmək haqqı, pensiya və digər sosial ödənişlərin artımını nəzərdə tutan islahatlar paketi 3,4 milyon şəxsi əhatə edir. Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 mlrd. manat təşkil edir.