
Şabran rayonunun Ağalıq kəndi ərazisində qadın meyiti aşkarlanıb.
Cəsəd Gəndob-Yalama yolunun Ağalıq kəndi ərazisindən keçən hissəsindən təxminən 150 metr içəridə, meşə massivində tapılıb.
Aparılan ilkin araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Şabran rayon sakini, 1980-ci il təvəllüdlü Xudiyeva Sevda Vaqif qızı olduğu müəyyənləşib.
Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.