Şabran xəstəxanasına müraciət edən kəskin-respirator xəstələrin sayı artıb

0
499

Ötən gün Şabran xəstəxanasına bir neçə nəfər kəskin-respirator xəstəliklərlə bağlı müraciət edib.

Bu barədə Şabran Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Qeyd edilir ki, ötən gün xəstəxanaya 10 nəfər kəskin-respirator virus mənşəli xəstəliklər səbəbindən müraciət edib.

Xəstələrə lazımi ilkin tibbi yardım göstərilib. Üç nəfər stasionar müalicəyə cəlb edilib, 7 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.