Sabirabadda qardaşı arvadını və övladlarını ölümlə hədələyən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Sabirabad Rayon Polis Şöbəsinə Qarağac kənd sakini olan bir qadının və övladlarının öldürüləcəkləri ilə hədələnmələri barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən həmin qadının qaynı R.Süleymanov müəyyən edilərək saxlanılıb. Ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.