“Bütün kəndlərimizdə güclü internet olmalıdır. İnternet yoxdur, yaxşı, bəs bu dərsi necə keçsinlər? Bu həll olunmalıdır, bu da müharibə deyil ki…”
Bunu millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi zəhmət çəksin, yüksək texnologiyaları aparıb bizim kəndlərimizə də çatdırsın”, – deyə millət vəkili öz çıxışında bildirib.