Sabiq icra başçısının oğlu barəsində cinayət işi başlanıb

0
714

Bakıda keçmiş arvadını bıçaqlayan şəxs barəsində cinayət işi başlanıb. 

Məlumata görə, ötən gün paytaxtın Yasamal rayonunda Ceyhun Bəhmənovun keçmiş həyat yoldaşı, 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızını bıçaqlaması faktı ilə bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, C. Bəhmənov Şuşa şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğludur