Sabahdan milli parklara giriş bərpa edilir – RƏSMİ

0
337

Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən aparılan yumşaldılma tədbirləri çərçivəsində yanvarın 22-dən milli parkların qapıları ziyarətçilər üçün açıqdır”.

Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib. 

Onun sözlərinə görə, Milli parklar əvvəlki rejimdə, saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək:

“Turistlər karantin rejiminin tələblərinə əməl etməklə milli parkları ziyarət edə və qapalı məkanlar istisna olmaqla, açıq havada təbiətimizin gözəlliklərini seyr edə bilərlər.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir”.