Sabahdan bu ölkəyə yalnız peyvənd olunmuş şəxslər buraxılacaq

0
284

Koronavirusun “omikron” ştamının yayılması ilə əlaqədar Avstriya dekabrın 20-dən yalnız peyvənd olunmuş şəxslərin ölkəyə girişinə icazə verəcək.

Bu barədə Avstriya Xarici İşlər Nazirliyi xəbər yayıb.

Bununla yanaşı, bütün ölkələrdən giriş üçün məcburi “2P+” sistemi tətbiq ediləcək.

“2P+” sisteminə həm peyvəndin üçüncü dozası olan, həm də PCR testi mənfi çıxmış şəxslər daxildir.

Avstriya və Avropa İttifaqının qalan ölkələrində peyvənd olunmamış və ya koronavirusa yoluxmamış vətəndaşlar elektron qeydiyyatdan keçməli və 10 günlük karantinə əməl etməlidirlər. PCR testi mənfi olarsa, karantin beş gün də çəkə bilər.

Giriş üçün PCR testinin etibarlılıq müddəti 72 saatdan çox olmamalıdır. Koronavirusun yeni ştamının yayıldığı ölkələr siyahısına Anqola, Zambiya və Malavi də əlavə edilib. Səhiyyə Nazirliyindən bildirilib ki, bu ölkələrdən sərnişin təyyarələrinin enişi qadağandır