Sabah bu rayonun 21 kəndi QAZSIZ QALACAQ

0
19

Sabah Yevlax rayonunun 21 kəndinin qaz təchizatında fasilə yanacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax Zaqatala xidmət sahəsində yerləşən ”Xaldan” qazpaylayıcı stansiyasından (QPS) qidalanan əhali daşıyıcı qaz kəmərinin Əkşəm kəndi ərazisində kanal üzərindən keçən d-219 mm-lik polad boruda yaranmış sızma aradan qaldırılacaq.

Bu məqsədlə “Xaldan” ölçü qovşağından daxildən (kollektorun çıxışından), aprelin 11-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatınin (21 kənd olmaqla 5 791 abonent) dayandırılması planlaşdırılır.