Sabah bu rayonda SU OLMAYACAQ

0
52

İsmayıllıda suyun verilişində fasilələr yarana bilər.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Məlumata görə, sabah, 10 iyul tarixində şəhərin bəzi ərazilərində su təminatının dayandırılması planlaşdırılır. Buna səbəb Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması ilə əlaqədar yolun bir hissəsindəki magistral su kəmərinin mühafizəsi və köçürülməsidir.