Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq

0
13

Sabah saat 10:00-dan Bakının Xəzər rayonunun Qala qəsəbəsinin Xaşa-Xuna yaşayış massivində və Türkan qəsəbəsində yaşayan istehlakçıların təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, fasiləyə səbəb Xəzər rayonundakı mövcud qaz xəttində aparılacaq təmir-bərpa işləridir.