Sabah Astarada İran və Azərbaycan arasında yeni sərhəd-keçid məntəqəsinin açılışı olacaq.
Bu barədə İranın yol və şəhərsalma nazirinin müavini Daryuş Əmani bildirib.
O qeyd edib ki, sabah hər iki ölkənin yüksək vəzifəli şəxslərinin iştirakı ilə Astarada İran və Azərbaycan arasında yeni sərhəd-keçid məntəqəsinin açılışı baş tutacaq.