Azərbaycan Çindən Türkiyəyə təxliyə ediləcək vətəndaşlarına lazımi dəstəyi verəcək

0
465

“Azərbaycan hökuməti koronavirusa görə Türkiyənin Çindən təxliyə edəcəyi vətəndaşlarına lazımi dəstəyi verəcək”.

Bu barədə Azərbaycanın Ankaradakı səfirliyi və İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.

“Çindən Türkiyəyə təxliyə ediləcək 10 Azərbaycan vətəndaşına zəruri olan bütün dəstəyi verməyə hazırıq. Hələlik onların Ankaraya və ya İstanbula gətiriləcəyi dəqiqləşməyib. Türkiyənin Səhiyyə Nazirliyi ilə əlaqəli şəkildə vətəndaşlarımıza lazım olan bütün köməklik göstəriləcək”, – diplomatik korpusdan qeyd edilib.

Xatırladaq ki, Çinin Hubey vilayətinin Uhan şəhərində yayılmağa başlayan yeni koronavirus nəticəsində 170 nəfər ölüb, yoluxanları sayı isə 7710-u ötüb. Yoluxucu virus indiyə qədər ABŞ, Fransa, Almaniya, Cənubi Koreya, Avstraliyanın da olduğu ən azı 21 ölkədə aşkarlanıb