“Saatlar xəzinəsi” kitabında 2023-cü il proqnozu: Üçüncü dünya müharibəsi başlayacaq və…

0
204

1165-ci ildə İspaniyanın Mursiya şəhərində dünyaya gələn islam alimi Muhyiddin İbn əl-Ərəbinin proqnozları sufizm və İslam düşüncəsi tarixinə böyük təsir göstərib. Məşhur mütəfəkkir 2023-cü illə bağlı da proqnoz verib. O, “Saatlar xəzinəsi” kitabında 2023-cü ilin şənbə günü başlayacağı təqdirdə, bəzi mənfi hadisələrin inkişaf edəcəyini proqnozlaşdırıb.

Tarix üzrə türkiyəli araşdırmaçı Ömər Faruk İspir Muhyiddin İbn əl-Ərəbinin proqnozlarını deşifrə edib:

“Mütəfəkkirə görə, 2023-cü ildə dənizdə balıqların sayı azalacaq. Böyük zəlzələlər olacaq. Bu il şəhərlərdə də işıqlar (elektrik) azaldılacaq. Bunun hikmətini Allah bilir. Gələn il xəstəliklər və bəlalar artacaq, ölümlər çoxalacaq. Dünyanın bir çox yerində iğtişaşlar olacaq. Növbəti il müharibə üçün çox uyğun bir ildir. İl ərzində müharibələr həddindən artıq çoxalacaq və üçüncü dünya müharibəsi başlaya bilər”.

Muhyiddin İbn əl-Ərəbiyə görə, 2023-cü ildə insanlar özlərinə qulluq edib fitrətlərinə uyğun yaşasalar, Allaha yaxınlaşsalar, bir-birlərini sevsələr, təbiətə, heyvanlara qulluq etsələr, Allah da onlara bəzi şeylər əta edər. Süd və qatıq kimi heyvan mənşəli qidalar, kənd təsərrüfatı məhsullarının məhsuldarlığı artar. Bir çox yerlərdən su çıxar. Üzüm bağlarının, mal-qaranın sayı çoxalar”.