Saakaşvilinin təyinatına görə geri çağırılan Gürcüstanın Kiyevdəki səfiri karantinə alındı

0
376

Gürcüstanın Ukraynadan geri çağırılan səfiri karantinə alınıb.

Bildirilir ki, bu, xaricdən ölkəyə gələn bütün vətəndaşlar üçün zəruri tələbdir. Teymuraz Şaraşenidzenin 14 gün karantində qalacağı vurğulanır.

Xatırladaq ki, Mixail Saakaşvilinin Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar Gürcüstan Kiyevdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.