Saakaşvili sabah qayıdır: Mübarizə aparacağam!

0
534

Ukraynanı Avropanın ən aparıcı ölkəsinə çevirmək uğrunda mübarizə aparacağam.

Bu sözləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Feysbuk hesabında yazıb.

“Mən Ukraynanın dünyada əsas azarkeşlərindən biriyəm. Sizinlə birgə Ukraynanın Avropanın ən aparıcı ölkəsi olması üçün mübarizə aparacağam. Mən Ukraynaya inanıram”, – Saakaşvili ukraynalılara müraciətlə deyib.

Zelenskiyə vətəndaşlığını qaytardığı üçün təşəkkür edən Saakaşvili sabah axşam saatlarında Ukraynaya qayıdacağını bildirib.

Qeyd edək ki, Prezident Zelenski Saakaşvilinin Ukrayna vətəndaşlığını bərpa edib.