Saakaşvili Paşinyana açıq məktub yazdı: Putin sizi devirəcək, “vabank”a gedin, dərhal Azərbaycanla…

0
137

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ermənistanın baş naziri Nikol Paşinyana açıq məktubla müraciət edib.

Saakaşvili Paşinyanı Azərbaycanla dərhal sülh müqaviləsi bağlamağa çağırıb:

“Mən sizə ilk dəfə müraciət edirəm və açıq şəkildə müraciət edirəm, çünki regionumuzun və Ermənistanın taleyi məni çox narahat edir. MDB-nin bu yaxınlarda keçirilən sammitində bu təşkilatın dağılmasında məni praktiki olaraq günahlandıran Rusiya və Putinlə ünsiyyət təcrübəmə əsaslanaraq, sizə bəzi məsləhətlər verəcəm. Siz hakimiyyətə xalq üsyanları nəticəsində, yəni Putinin terminologiyası ilə desək, “rəngli inqilab” nəticəsində gəldiniz və inanın ki, onu nə qədər sevindirsəniz, sədaqət andı içsəniz də, o, sizi heç vaxt bağışlamaz. Üstəlik, sizin son bəyanatlarınızdan, siyasi addımlarınızdan və xüsusən də Roma Əsasnaməsinin təsdiqindən sonra o, sizin əzəli düşməninizdir və əlində olan bütün imkanlarla – daxili iğtişaşlar, hərbi əməliyyatların təşviqi ilə sizi devirəcək. O, sizi iqtisadi cəhətdən boğacaq və hibrid müharibənin bütün arsenalını istifadə edəcək.

Yadda saxlamaq lazımdır ki, vaxtınız çox azdır. Hakimiyyətə gələndən sonra siz fundamental islahatlar apara bilmədiniz və ya həyata keçirmədiniz, ona görə də indiki dövlət aparatınız həqiqətən də Kremlin “beşinci kolonu”dur. Avropaya inteqrasiya üçün gecikmişiniz.

Sizin üçün nə qədər çətin olsa da, Ermənistan ətrafında baş verən son hadisələr regionumuza yeni imkanlar verir. Müəyyən müddətdən sonra biz sərhədləri açıb, üç Baltikyanı ölkə kimi yaşaya, üç ölkənin hər birinin üstünlüklərindən istifadə edərək bütöv bir logistik, maliyyə, enerji qovşaqları sistemi yarada bilərik. Ancaq bunun üçün tələsməli və hər hansı bir tərəddüdü bir kənara atmalısan, “vabank”a” getməlisən. Rusiya hərbi bazasının dərhal çıxarılmasını təəb edin, MDB, KTMT, Gömrük İttifaqını tərk edin və Avropa İttifaqı və NATO-ya ərizə verin.

2013-cü ildə biz Avropa Komissiyasının sədri Barrozu ilə İrəvana uçduq. Sələfinizi Moskva çətiri altındakı bu təşkilatların bəzilərinə qoşulmamağa inandırmaq üçün boşuna cəhd etdik.

Və nəhayət, siz açıq şəkildə bəyan edib dərhal Azərbaycanla sülh müqaviləsi imzalamalı və bununla da Ermənistanın daxili və xarici siyasətində köklü dəyişikliklərə yol açmalısınız.

Sizdə şəxsi cəsarət və siyasi cəsarət əskik deyil və ümid edirəm ki, Putinin sizi məhv etməsinə və eyni zamanda ölkənizi məhv etməsinə və regionumuzu tamamilə sarsıtmasına imkan verməyəcəksiniz.

Hamımızın üzləşdiyi təhlükə çox realdır və dərhal hərəkətə keçməyi tələb edir. Ümid edirəm ki, bu dəfə tərəddüd etməyəcəksiniz”.