Saakaşvili iqtidara qayıdır və ikinci cəbhə açılır – Sərhədlərimizdə yeni müharibə

0
243

Gürcüstanda Mixail Saakaşvilini hakimiyyətə gətirərək, Rusiyaya qarşı ikinci cəbhəni açmaq istəyi haqda iddia ciddi müzakirələrə səbəb olub.

B
u iddianı Gürcüstan parlamentinin İnsan haqları və mülki inteqrasiya komitəsinin sədri Mixeil Sarjveladze irəli sürüb.

O, Saakaşvilinin hakimiyyətə gətirilməsi ideyasının Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilova məxsus olduğunu deyib.

Son dövrlər Gürcüstan hakimiyyəti Qərbin hakimiyyət dəyişikliyi planlarını mütəmadi olaraq gündəmə gətirir. Oktyabrın əvvəlində bu məsələni Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili gündəmə gətirmişdi. Papuaşvili Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin məxfi araşdırmalarına əsasən bildirirdi ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) “rəngli inqilab” planının həyata keçirilməsi prosesinə start verib.

Çevriliş planı oktyabr-dekabr aylarında icra edilməli imiş, lakin USAİD-in Gürcüstana göndərdiyi və yerli təşkilatlardan hazırladığı şəbəkə ifşa olunduğu üçün baş tutmayıb. Hərçənd, Gürcüstan hakimiyyəti planın rəfə qaldırılmadığını da deyir. Saakaşvilinin hakimiyyətə gətirilməsi haqda deyilənlər də bununla bağlıdır.

Rusiyanın MDB Ölkələri İnstitutunun direktor müavini, Milli Strategiya Şurasının üzvü Vladimir Jarxin də Gürcüstanda hakimiyyət çevrilişini istisna etmir.

Onun sözlərinə görə, bu prosesdə lokomotiv rolunu Ukrayna oynayır və rəsmi Kiyev Gürcüstan üzərindən Rusiyaya qarşı ikinci cəbhənin açılmasında maraqlıdır.

“Gürcüstanın hazırki rəhbərliyi ikinci cəbhənin açılmasına imkan vermir, buna görə də Ukrayna vətəndaşı olan Saakaşvilinin hakimiyyətə gətirilməsi hazırlığı gedir. Lakin bu planın uğurlu olacağı ehtimalı azdır”, – rusiyalı mütəxəssis deyib.