Səudiyyədə koronaya yoluxanların sayı 250 mini ötdü

0
376

Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 250 mini ötüb.

Bu barədə Krallığın Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, son sutka ərzində 2504 nəfər koronavirusa yoluxub, 39 nəfər ölüb. Ümumilikdə, krallıqda 250920 nəfər koronavirusa yoluxub. 2486 nəfər isə bu virusdan ölüb.